...

Azərbaycanın cüdo komandası Dünya Kubokunda bir neçə heyətlə təmsil olunacaq

Cəmiyyət Materials 26 Avqust 2006 12:00 (UTC +04:00)

Azərbaycanın cüdo komandası avqustun 26-27-də H.Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək Dünya Kubokunda bir neçə heyətlə çıxış edəcək.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, tatami sahibləri həm kişi, həm də qadınlar arasında hər çəki dərəcəsi üzrə 4 idmançı ilə təmsil olunacaq. "Yarış gənc atletlərin özlərini tanıtdırmaq üçün gözəl stimul və imkan olacaq. Çünki yığma liderlərinin bu yarışda iştirak etməməsi ilə əlaqədar əsas ağırlıq məhz onların üzərinə düşəcək. Bununla yanaşı, milli komandanın qapıları hamı üçün açıqdır", - deyə məşqçi vuğulayıb.

Xatırladaq ki, 12 ölkədən olan cüdoçuların iştirak edəcəyi turnir artıq gələn ildən etibarən lisenziya statusu daşıyacaq.

Xəbər lenti

Xəbər lenti