...

Azərbaycanın qrup tapşırıqları üzrə komandası Bolqarıstanda dördüncü oldu

Cəmiyyət Materials 29 Avqust 2006 16:09 (UTC +04:00)

Azərbaycanın qrup tapşırıqları üzrə komandası Bolqarıstanda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə dördüncü yeri tutub.

Milli Federasiyanın mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, 5 lentlə olan tapşırıqdan 12.325 bal, 3 çənbər/4 gürzlə olan kompozisiyadan isə 14.125 bal alaraq, idmançılar çoxnövçülük üzrə 26.45 xal toplayaraq, dördüncü yeri tutub. Üçüncü yeri tutmuş Yaponiyanı qabaqlamaq üçün qızların cəmi yüzdə 20 balı çatmayıb. Qaliblər isə Bolqarıstan və İsrail yığmaları olub.

"Əgər Azərbaycanın yekun protokolunda Polşa, Fransa, Braziliya və Finlyandiyadan qabaqda olduğunu nəzərə alsaq, o zaman komanda yaxşı çıxış edib. Həm də bizim yığmamız bütün əcnəbi mütəxəssislərin çox xoşuna gəlib", - deyə kollektivin məşqçisi Natalya Dmitrova bildirib.

Avropa çempionatı ərəfəsində daha bir yarış sentyabrın 1-3-ü Hollandiyanın Deventer şəhərində keçiriləcək beynəlxalq turnir olacaq. ora qrup komandası və gənc idmançı Zeynəb Cavadlı, eləcə də Aliyə Qarayeva və Anna Qurbanova yollanacaq və onlar Qran-Pri seriyasından olan bu yarışlarda çıxış edəcək.

Yeri gəlmişkən, payızın ilk günləri yalnız Deventerdə keçiriləcək gimnastika ilə yadda qalmayacaq. İzmir şəhərində də gənc idmançıların uçub gəlməyini gözləyirlər. Bu şəhərdə ənənəvi olaraq hər il keçirilən beynəlxalq turnir olacaq. Nigar Mirzəyeva, Leyla Şamilova, Zülfiyyə Əliyeva və Ceyla Quliyeva - Türkiyədəki xalçaya çıxacaq təmsilçilərimizdir.

Xəbər lenti

Xəbər lenti