...

"Gəncə" futbol komandasında iki legioner oynayacaq

Cəmiyyət Materials 30 Avqust 2006 14:57 (UTC +04:00)

"Gəncə" futbol klubunun baş məşqçisi Mehman Allahverdiyev özünə yeni köməkçi təyin edib. Bu barədə məlumatı Trend ə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mövsüm Hüseynov verib.

Onun sözlərinə görə, yeni məşqçi Novruz Əzimov əvvələr Gəncədə çalışsa da, sonradan "Olimpik" futbol klubunda fəaliyyət göstərib. Və bir neçə gün bundan əvvəl baş məşqçi Mehman Allahverdiyevin dəvəti ilə "Gəncə" klubuna gəlib.

Trend bildirir ki, "Gəncə" futbol klubunda Gürcüstandan yeni iki leqioner futbolçu da var. Bunlar Kaxaber Çedisaşvili və Dimitri Kapanadzedir.

Xəbər lenti

Xəbər lenti