...

Mədəniyyət və Turizm Nazirliyi tarixi adların istifadəsinə icazə verilməsini təkmilləşdirəcək

Cəmiyyət Materials 30 Avqust 2006 17:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər həyata keçirəcək. Bu barədə Trend ə adıçəkilən nazirliyin mətbuat xidmətindən bildiriblər.

O da qeyd olunub ki, bununla əlaqədar, nazirlikdə "Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları" haqqında əmr imzalanıb.

Sənədə əsasən, Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə etmək üçün icazə almaq istəyən fiziki, yaxud hüquqi şəxs müvafiq ərizə ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir. Ərizə ilə bərabər əmtəə nişanının eskizi və əmtəə nişanından istifadə edilməklə istehsal olunan məhsulun və ya xidmətlərin siyahısı da nazirliyə təqdim olunmalıdır.

Qeyd olunan adlar və xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə icazə verilməsi barədə qərar nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi tərəfindən verilmiş ekspert rəyindən sonra qəbul olunacaq və və istifadəçiyə müvafiq icazə məktubu veriləcək.

Bu qaydalar qəbul edilənə qədər tarixi-mədəni sərvətlər əsasında hazırlanmış mövcud əmtəə nişanlarından istifadə hüququ "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanuna uyğun olaraq ləğv edilir.

Xəbər lenti

Xəbər lenti