...

Gəncədə kəskin bağırsaq infeksiyalı xəstələrin sayı artıb

Cəmiyyət Materials 31 Avqust 2006 16:18 (UTC +04:00)

Gəncədə kəskin bağırsaq infeksiyası xəstəliyinə yoluxanların sayı artıb. Trend in qərb bürosuna bu barədə məlumat verən Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Şirin Əhmədova bildirib ki, bu ilin 8 ayı ərzində xəstəxanaya 558 nəfər müraciət edib və stasionar müalicə alıb. Bunlardan 434-ü uşaq, 124-ü isə böyüklərdir. Əhmədova qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə yüksək göstəricidir.

Müsahib onu da əlavə edib ki, kəskin infeksiyalı xəstəliklərindən başqa uşaqlar arasında sarılıq xəstəliyi də geniş yayılıb. Ötən ilin 8 ayı ərzində 169 uşaq bu xəstəlikdən əziyyət çəkib. Bu il isə bu göstərici 184-ə çatıb. Əhmədova bunun səbəbini bu il havaların isti keçməsi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti