...

Azərbaycan basketbolçuları Litva klublarına keçid məsələlərini, demək olar ki, həll edib

Cəmiyyət Materials 1 Sentyabr 2006 12:57 (UTC +04:00)

Azərbaycan yığmasının və "Qala" klubunun basketbolçuları Tahir Baxşıyev və Zaur Paşayev Litva komandalarına keçidə dair bütün məsələləri, demək olar ki, həll edib.

Trend xəbər verir ki, oyunçular ölkə çempionunun tərkibində son məşqlərini edirlər və onlara yalnız transferlərinin təfərrüatlarını razılaşdırmaq qalıb. Ona görə də forvard Aleksandr Rındinin ölkə yığmasının məşqçisi Rimas Kurtinaytisin vaxtilə rəhbərlik etdiyi "Ural-Qreyt" klubuna keçməsini də nəzərə alaraq, gələn mövsümdə klub onlara arxalanmayacaq. Məhz 1988 -ci il Olimpiya çempionu oyunçularımıza Litva birinciliyində möhkəmlənməyə yardım etmək üçün onlara tanışqlıq verib.

Xatırladaq ki, hələ yeni iş yerinə getməzdən əvvəl R.Kurtinaytis bəyan edib ki, basketbolçularımız yüksək səviyyəli beynəlxalq təcrübə toplamaq üçün xarici liqalara keçməlidirlər.

Xəbər lenti

Xəbər lenti