...

Pakistanın turizm naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 4 Sentyabr 2006 16:07 (UTC +04:00)

Pakistanın turizm naziri xanım Nilofər Bəxtiyar Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Pakistanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfərin məqsədi 11-12 sentyabr tarixlərində keçiriləcək İslam Konfransı Təşkilatı (İKT) üzv ölkələrinin turizm nazirlərinin sessiyasında iştirak etməkdən ibarətdir.

Sessiyada iştirak zamanı Pakistanın turizm naziri ölkəsinin turizm potensialı haqqında məlumat və düşüncələrini iştirakçılarla bölüşəcək. N.Bəxtiyar Azərbaycan səfəri zamanı jurnalistlərlə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti