...

TQDK-nın apelyasiya komissiyası abituriyent şikayətlərinin yalnız cüzi hissəsini müsbət tərəfə həll edib

Cəmiyyət Materials 5 Sentyabr 2006 15:41 (UTC +04:00)

2006-2007-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanları prosesində fəaliyyət göstərdiyi vaxt ərzində Apelyasiya komissiyası 136 şikayətə baxıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu şikayətlərin yalnız cüzi hissəsi müsbət tərəfə həll olunub. TQDK-nın sədri həmçinin qeyd edib ki, orta ümumtəhsil məktəblərində abituriyentlərə verilən qiymətlərin yalnız 50%-i ümumtəhsil məktəblərinin məzunlarının bilik səviyyəsini əks etdirir. TQDK bu sahə üzrə təhlil hazırlayır. Təhlil noyabr ayına qədər hazır olacaq.

Xəbər lenti

Xəbər lenti