...

Azərbaycanın mədəniyyət və turizm naziri Pakistana səfər edəcək

Cəmiyyət Materials 13 Sentyabr 2006 15:28 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Pakistana dəvət olunub. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Pakistanın turizm naziri xanım Nilofər Bəxtiyar məlumat verib.

Onun sözlərinə görə, o, artıq dəvətnaməni azərbaycanlı həmkarına təqdim edib. Səfər zamanı naziri Azərbaycanın turizm şirkətlərinin nümayəndələri müşayiət edəcək.

Nazir bildirib ki, İKT-nin turizm nazirlərinin I konfransında iştirak etmək üçün Azərbaycanda olarkən, o, Azərbaycan tərəfi ilə bir sıra görüşlər keçirib və turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan və Pakistan arasında aviareyslərin bərpa olunma məsələlərini müzakirə edib. Nazirin sözlərinə görə, tərəflər əvvəlcə çarter reysləri açacaqlar.

Xəbər lenti

Xəbər lenti