...

Azərbaycanlı boksçular Mərakeşdə keçirilən dünya birinciliyində çıxışa uğurla başlayıb

Cəmiyyət Materials 14 Sentyabr 2006 16:48 (UTC +04:00)

Azərbaycanlı boksçular Mərakeşdə keçirilən gənclər arasında dünya birinciliyində çıxışa uğurla başlayıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov (54 kq), Rəhim Həcəfov (51 kq), Famil Süleymanov (60 kq), Hatiq Cəbrayılov (64 kq), Hatiq Alışov (69 kq), Teymur Əsgərov (81 kq) və Rüstəm Şamilov (91 kq) yarışın ilk dairəsini uğurla başa vurub. Bununla yanaşı, ilk döyüşlər Elgün Əhmədov (48 kq), Hamiq Hüseynov (57 kq), Rüstəm Sofiyev (75 kq) və İlham Hətəmov (+91 kq) üçün uğursuz olub.

Xatırladaq ki, yığmamız dünya birinciliyində "yeniyetmələr"in baş məşqçisi Şamil Alimzanovun rəhbərliyi altında çıxış edir.

Xəbər lenti

Xəbər lenti