Azərbaycanın boks yığması Mərakeşdə keçirilən yeniyetmələr arasında dünya birinciliyində iki bürünc medal qazanıb.
Trend in xəbər verdiyi kimi, 54 kq-dək çəki dərəcəsində mükafatçılar üçlüyünü Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov qapayıb. Atlet finala çıxmağa yaxın olsa da, həlledici döyüşdə 3-cü yerlə kifayətlənməli olub. Rəhim Nəcəfov (51 kq) da eyni nəticə göstərib.
Medal qazanmağa yaxın olan bir sıra boksçularımızın buna nail olmamasına baxmayaraq, komandanın baş məşqçisi Şamil Əlimzanov birinciliyin yekunlarından razı qalıb.