...

Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kəndlərdə malyariya problemi aradan qaldırılacaq

Cəmiyyət Materials 23 Sentyabr 2006 14:51 (UTC +04:00)

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kəndlərdə malyariya problemi yaxın vaxtlarda həll olunacaq. Bu barədə Kaxeti bölgəsinin qubernatoru Petre Tsiskarişvili Trend in Gürcüstandakı xüsusi müxbirinə məlumat verib.

Onun sözlərinə görə, hökümət orqanları Qəbələ çayının sahillərini qaydaya salmağa başlayıb. Bu çay yazda daşaraq, həm azərbaycanlıların yaşadığı kəndləri, həm də Çiauri meşəsini basır və malyariya infeksiyası təhlükəsini artırır. Meşəni tamamilə su basdığından, yerli azərbaycanlı sakinlər arasında tez-tez malyariyaya yoluxma halları baş verirdi.

"Biz çayın sahillərini möhkəmləndirdikdən sonra çayı yeni məcraya salacaq və meşəyə yol çəkəcəyik, problemlər aradan qalxacaq", - deyə o qeyd edib.

P.Tsiskarişvili vurğulayıb ki, dövlət büdcəsindən və özəl şirkətlərdən bu işlər üçün 500 min dollardan artıq vəsait ayrılıb və bu, artıq gələn yay bütün lazımi işləri tamamlamağa imkan verir.

Xəbər lenti

Xəbər lenti