...

İranın "Səhər TV" telekanalı latın şriftinə keçdi

Cəmiyyət Materials 26 Sentyabr 2006 13:45 (UTC +04:00)

Azərbaycan dilində yayımlanan İranın "Səhər TV" telekanalı şriftini dəyişib. Trend in Tehrandakı xüsusi müxbiri xəbər verir ki, Azərbaycanda artıq bir neçə il bundan əvvəl Kiril əlifbasından latın şriftinə keçilməsinə baxmayaraq, İran telekanalı bunu yalnız indi edib.

Qeyd edək ki, "Səhər TV" öz proqramlarını altı dildə yayımlayır. Bu kanala adi antena ilə Azərbaycanın cənub rayonlarında da baxmaq olar.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təsdiq ediblər ki, kanalın Azərbaycanın cənub bölgələrində yayımı qanunsuzdur, belə ki, tərəflər arasında bu məsələyə dair heç bir razılaşma və saziş yoxdur.

"Digər tərəfdən, İran kanalının yayımlanması Azərbaycanın cənub rayonlarının məhz İranla sərhəddə yerləşməsi ilə bağlıdır. Buna görə də, telesiqnallar bu bölgələrə qədər çatır və hazırda bunun qarşısını almaq mümkün deyil. İranın bəzi şəhərlərində də həmin vəziyyət müşahidə olunur. Həmin şəhərlərdə Azərbaycanın bəzi kanallarına baxmaq imkanı var", - deyə nazirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti