...

2007-ci ildə Bakıda dözümlülük və qarşılıqlı anlaşmada KİV-in rolu haqqında beynəlxalq konfrans təşkil olunacaq

Cəmiyyət Materials 26 Sentyabr 2006 15:22 (UTC +04:00)

Trend-i buradan izləyin

2007-ci ildə Bakıda dözümlülük və qarşılıqlı anlaşmada KİV-in rolu haqqında beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 61-ci sessiyasındakı çıxışında bildirib.

O, millətlərarası, mədəniyyətlərarası və dinlərarası anlaşma və dialoqun genişləndirilməsi üçün konkret tədbirlərin qəbul edilməsinə çağırıb. Nazir dünyada artan islamofobiyanın tendensiyalarının aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb. Azərbaycan İslam Konfransı Təşkilatının sədri kimi, müsəlman cəmiyyətləri də daxil olmaqla, bütün ölkələrdə islam haqqında biliklərin artırılmasında məqsədəuyğunluq görür.

Onun sözlərinə görə, Azərbaycan terrorun bütün formalarını pisləyir və terroru islam dini və müsəlman xalqları ilə əlaqələndirmək cəhdlərindən narahat olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti