Sentyabrın 28-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi "Yeni fikir" Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, onun müavinləri Ramin Tağıyev və Səid Nuriyevlə bağlı çıxarılmış ilkin məhkəmə hökmünə qismən dəyişiklik edib. Bu barədə Trend ə R.Bəşirlinin vəkili Osman Kazımov məlumat verib.
Belə ki, Apellyasiya Məhkəməsi təşkilatın sədri R.Bəşirli ilə bağlı 2006-cı ilin iyul ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını, Səid Nuriyev barədə çıxarılmış 5 il şərti cəza ilə bağlı hökmü qüvvəsində saxlayıb. Ramin Tağıyev barədə çıxarılmış 4 il müddətinə həbs cəzası isə 3 ilə endirilib.
Qeyd edək ki, "Yeki fikir"çilər hakimiyyəti zorla devirməyə cəhddə təqsirləndiriliblər.