Bu tədris ilindən etibarən Azərbaycanın dörd ali təhsil müəssisəsində təhsilin kreditləşdirilməsi sistemi tətbiq olunacaq. Bu barədə Trend ə Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.
İlkin mərhələdə kreditləşmə sistemi Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universtitetin, Dövlət Neft Akademiyasının, Texniki Universitetin və digərlərinin ayrı-aryı fakültələrində tətbiq olunacaq, - deyə nazirlikdən bildiriblər.
Adıçəkilən sistem keçən tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetində və Xarici Dillər Universitetində tətbiq olunub.
Xatırladaq ki, kreditləşmə sisteminin tətbiqi Azərbaycanın Boloniya təhsil sisteminə qoşularkən üzərinə götürdüyü öhdəliklərdən biridir.