...

Azərbaycanlı qılıncoynadanlar Turində keçiriləcək dünya çempionatında çıxış edəcək

Cəmiyyət Materials 29 Sentyabr 2006 11:57 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət qılıncoynatma yığması sentyabrın 29-da turində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, komandanın heyətinə Səbinə Əmrahzadə, Aidə Ələsgərova, Sevil Bünyadova və Janna Muratqızı daxildir. Onlar həm şəxsi, həm də komanda hesabında çıxış edəcək. Məşqçi qərargahı J.Muratqızına böyük ümidlər bəsləyir. Belə ki, o, kollektivin heyətində dəfələrlə Avropa və dünya birinciliyinin bürünc mükafatçısı olub. Komandanın yüksək səviyyədə çıxış təcrübəsinə malik olmayan yerdə qalan üzvləri üçün isə İtaliya səfəri onların beynəlxalq arenada güclərini sınamaq üçün ciddi imkandır.

Mundialın favoritləri isə Çin, Rusiya, İtaliya, Fransa və digər ölkələrdən olan qılıncoynadanlardır.

Xəbər lenti

Xəbər lenti