...

Azərbaycanın futbol yığması Portuqaliya ilə oyuna hazırlaşmağa başlayıb

Cəmiyyət Materials 2 Oktyabr 2006 14:11 (UTC +04:00)

Azərbaycanın futbol yığması Avropa çempionatının Portuqaliya və Belçikaya qarşı seçmə oyunlarına bilavasitə hazırlaşmağa başlayıb. Oyunlar müvafiq olaraq oktyabrın 7-i və 11-i keçiriləcək.

Komandanın baş məşqçisinin Trend ə verdiyi məlumata görə, oktyabrın 1-dən kollektiv "Şəfa" stadionunda gündəlik məşqlərə başlayıb. Dəstədə, demək olar ki, zədə almış oyunçu yoxdur və bütün namizədlər yığmanın düşərgəsindədir. "Ümid edirəm ki, futbolçular bu görüşlərə ən yaxşı formada yanaşacaqlar, axı bu oyunlara yüz faiz gücümüzü sərf etməliyik", - deyə məşqçi bildirib.

Xatırladaq ki, iki oyundan sonra komandanın aktivində bir xal var və komanda turnir cədvəlində Ermənistanı qabaqlayır.

Xəbər lenti

Xəbər lenti