Gələn həftənin sonunda Venesiya Komissiyası Azərbaycan hökumətinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsinə dair təklifinə cavab verəcək. Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi məlumat verib.
O qeyd edib ki, bundan sonra Azərbaycan hökuməti, Venesiya Komissiyasının ekspertləri və ATƏT nümayəndələrinin iştirakı ilə növbəti görüşün keçirilmə tarixi təyin olunacaq. M.Pavessi bildirib ki, danışıqların gedişi Venesiya Komissiyasının təqdim edəcəyi hesabatdan asılı olacaq. O ehtimal edir ki, növbəti görüş oktyabrın sonunadək baş tutmalıdır.