...

Prezident aparatının şöbə müdiri: Azərbaycanın teleradio şirkətləri tezliklərini xarici şirkətlərə sata və ya icarəyə verə bilməz

Cəmiyyət Materials 10 Oktyabr 2006 13:31 (UTC +04:00)

Azərbaycan ölkədə yayımlanan bütün beynəlxalq yayım şirkətlərini tezliklə təmin edib və bundan sonra da həmin imkanları verməyə hazırdır. Trend xəbər verir ki, bu barədə oktyabrın 10-da Azərbaycan prezidentinin İcra aparatının ictimai şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, dövlət yerli və əcnəbi sahibkarlara öz tezliklərini satır. Bu zaman xarici təşkilatlarla müqayisədə yerli təşkilatlara 5 min dəfə ucuz başa gələn lisenziyaların qiyməti yerli şirkətlər üçün ildə 3 mln. manat, xarici şirkətlər üçün isə - 100 min dollardır.

"Ona görə də istənilən radio və teleşirkət milli ehtiyatların inkişafı üçün tezlik alıb və onu əcnəbi şirkətlərə sata və ya icarəyə verə bilməz", - deyə Ə.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti