...

Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının üzvləri bölgələrə gedəcəklər

Cəmiyyət Materials 10 Oktyabr 2006 15:00 (UTC +04:00)

Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının üzvləri bölgələrə səfərlər edəcəklər. Trend xəbər verir ki, bu barədə jurnalistlərə adıçəkilən komissiyanın sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova qeyd edib ki, səfərlər noyabrdan başlayacaq: "Məqsəd vətəndaşların üzləşdiyi problemlərlə yerində tanış olmaqdır. Ayda bir dəfə vətəndaşlar rəhbərlik etdiyim komissiyaya müraciət etmək üçün bura gəlirlər. Yolun uzaqlığı bəziləri üçün problem yaratdığından qərara gəlmişik ki, özümüz onların yanına gedib problemləri ilə tanış olaq".

Millət vəkili onu da əlavə edib ki, səfərlər hər bir bölgəyə, hər bir rayona ediləcək. İlk səfər Şəki-Balakən-Zaqatala bölgəsinə ediləcək.

Xəbər lenti

Xəbər lenti