...

Xəzərin Azərbaycan sektorunun su quşları haqqında kitab işıq üzü görüb

Cəmiyyət Materials 12 Oktyabr 2006 17:00 (UTC +04:00)

"Xəzərin Azərbaycan sektorunun su quşları" adlı kitab BP şirkətinin sponsorluğu ilə Bakıda dərc olunub. Bu barədə Trend ə kitabın müəlliflərindən biri, b.e.n. İlyas Babayev məlumat verib.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sahili su quşlarının Avrasiya məkanına uçub gəlməsi və qışlaması zamanı onların kütləvi şəkildə olduqları başlıca sahələrdən biridir. Burada 6 dəstəyə, 7 fəsiləyə, 19 cinsə aid su quşlarının 44 növü qeyd olunub. Nəşrdə Xəzər dənizinin Azərbaycan sektorunun su quşlarının morfologiyası, həyat tərzi, hərəkət formaları, davranışları və bizim qanadlı "kiçik qardaşlarımız" haqqında bir çox digər məlumatlar verilib. kitabda həmçinin su quşlarının qorunması üzrə tədbirlər haqqında ölkənin ayrıca müvəqqəti qoruqları və qoruq yerlərinə dair məlumat verilib, quşların həyatına təsir edən amillər və həmin amillərin yumşaldılması yolları təsvir edilib.

Babayevin sözlərinə görə, BP şirkətinin kitabın ingilis dilinə tərcüməsi və onun geniş tirajda buraxılması üzrə planları var. O bildirib ki, bioloji müxtəliflik BP şirkəti strategiyasının başlıca istiqamətlərində biridir və bu, BP ornitoloqlarının həmin sahədə birinci layihəsi deyil.

Xəbər lenti

Xəbər lenti