...

Bakıda boks üzrə Dünya Kubokunu qəbul etmək üçün hazırlıqlara başlanıb

Cəmiyyət Materials 13 Oktyabr 2006 13:19 (UTC +04:00)

İdman sarayında meydanın oktyabrın 15-də başlanacaq boks üzrə Dünya kubokuna hazırlanması üzrə işlər başlanıb.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi xəbərə görə, oktyabrın 14-də rinq quraşdırılmağa başlayacaq. "Komandaların bir gündən bir çıxış edəcəyini nəzərə alaraq, biz belə bir qərara gəldik ki, bir rinqin olması yarışın keçirilməsi üçün kifayətdir. Ona görə də Kubokda səkkiz kollektivin iştirak edəcəyini nəzərə alaraq, sutka ərzində meydanda ən çox iyirmi iki döyüş keçiriləcək", - deyə A.Əbiyev qeyd edib.

O həmçinin qeyd edib ki, artıq Azərbaycan yığmasına formalar və zəruri boks ləvazimatları verilib, ona görə də komanda yalnız yarışa hazırlaşmaqla məşğuldur.

Xəbər lenti

Xəbər lenti