...

Məleykə Abbaszadə: Mart və iyunda rus bölməsinin abituriyentləri "Azərbaycan dili" fənni üzrə əlavə imtahan verəcəklər

Cəmiyyət Materials 13 Oktyabr 2006 15:34 (UTC +04:00)

Mart və iyun aylarında rus bölməsinin abitüriyentləri "Azərbaycan dili" fənni üzrə əlavə imtahan verəcəklər. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktyabrın 13-də Tələbə qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

"Rus bölməsinin abituriyentlərinə əsas imtahanlardan əvvəl əlavə olaraq "Azərbaycan dili" fənni üzrə imtahan keçiriləcək. İmtahanda abituriyentlərə 20 test tapşırığı təqdim olunacaq. İmtahanlar məqbul və qeyri-məqbulla qiymətləndiriləcək. Bu imtahanların mart və iyun aylarında keçirilməsi nəzərdə tutulur. Mart ayında keçirilən imtahanda məqbul ala bilməyənlərə iyun ayında təkrar imtahanda iştirak etmək imkanı veriləcək" - deyə M.Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti