...

Ramazanın iyirmi ikinci gününün qrafiki

Cəmiyyət Materials 14 Oktyabr 2006 13:17 (UTC +04:00)

Ramazanın iyirmi ikinci günü -oktyabrın 15-də imsaqın vaxtı - 06.41, axşam namazı və iftarın vaxtı - 19.19-dur. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir.

Ramazanın iyirmi ikinci gününün duası: "Ey Allah, bu gün də fəzilət qapısını üzümə aç! Öz bərəkətlərini mənə nazil et! Öz razılığına səbəb olan işləri mənə müvəffəq et! Mənə behiştin ən yaxşı yerində qərar ver. Ey biçarələrin dualarını qəbul edən Allah!"

Xatırladaq ki, QMİ cədvəlinə əsasən bu gün axşam namazı və iftarın vaxtı - saat 19.20-dir. Qeyd edək ki, Şamaxı rəsədxanasının hesablamalarına əsasən ölkə bölgələrindəki vaxt Bakı vaxtından 5-14 dəqiqə fərqlənir.

Sentyabrın 24-ü Məhəmməd peyğəmbərin davamçıları üçün müqəddəs Ramazan ayı - sınaq, dəyişiklik və ümid ayı başlayıb. Həmin ay mömin şəxslərə günün işıqlı vaxtı yemək, içmək, "istənilən substansiyanı" qəbul etmək, siqaret çəkmək, qoxu iynəmək, qadınlarla yaxınlıq etmək qadağan olunur. Qaranlıq düşən zaman, "ağ və qırmızı sapı fərqləndirmək olmadıqda", məhdudiyyətlər aradan qaldırılır. Oruc - islamın beş şərtindən biridir və hər bir mömin insan mütləq bu şərtlərə riayət etməlidir. Yalnız ağır xəstə, çox qoca insanlar, hamilə qadınlar, yolda olanlar və müharibə meydanında olan döyüşçülər oruc tutmaqdan azaddırlar. Lakin onlar da sonradan oruc tutmalıdırlar.

Müqəddəs Ramazan ayı - daxili təmizlənmə vaxtıdır. Hesab edilir ki, əgər insan vaxtını dua oxumaqla keçirirsə və savab işlər görürsə, məsələn, ehtiyacı olanlara yardım edir, xeyriyyə məqsədləri üçün pul sərf edirsə, Allah həmin şəxsin günahlarını bağışlaya bilər.

Xəbər lenti

Xəbər lenti