...

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Qəbələ kəndində sahilin bərkidilməsi üçün 3 mln. lari tələb edir

Cəmiyyət Materials 17 Oktyabr 2006 15:36 (UTC +04:00)

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinin deputatı, azərbaycanlı Kamal Muradxanov azərbaycanlıların yaşadığı Qəbələ kəndində problemlərin həlli üçün Gürcüstan hökumətindən 3 mln. lari ayrılmasını xahiş edir.

Parlamentin ətraf mühitin və təbii sərvətlərin qorunması komitəsinin bugünkü iclasında K. Muradxanov bildirib ki, dünən o, kənddə olub və daşqının yerli sakinlərə vurduğu ziyanla şəxsən tanış olub. Millət vəkili qeyd edib ki, 1 mln. larilik iş görülsə də, bu, kifayət etmir.

"Daim kəndləri, o cümlədən azərbaycanlıların yaşadığı Qəbələ kəndini basan çayın sahillərini bərkitmək üçün hər bir işi əsaslı surətdə etmək lazımdır", - deyə o bildirib.

Komitənin iclasında qərara alınıb ki, Qəbələ çayı ilə bağlı problemlərin həlli üçün bu məbləğin ayrılması Maliyyə Nazirliyinə tövsiyə olunsun.

Qeyd etmək lazımdır ki, bir qədər əvvəl Qəbələdə yaşayan azərbaycanlılar "onların Gürcüstan hakimiyyətinin baxımsız övladları" olduqlarını bəyan ediblər. İnsanlar şikayətlənirlər ki, bu il artıq beşinci dəfədir ki, kəndi su basır, amma hakimiyyət orqanları hələ də lazımi tədbirləri görməyiblər.

Kəndin yerləşdiyi Kaxetiya bölgəsinin qubernatoru Petre Tsiskarişvili Trend ə bildirib ki, bu problemin həlli üçün çayın məcrası dəyişdirilməlidir, bunun üçün isə çoxlu pul vəsaiti lazımdır. "Vəsait artıq ayrılıb və biz suyun səviyyəsi enən kimi işlərə başlayacağıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti