...

Yaponiyanın İkebana sənət məktəbinin ustaları Bakıda öz işlərini təqdim ediblər

Cəmiyyət Materials 19 Oktyabr 2006 17:21 (UTC +04:00)

Mədəniyyət - xalqları birləşdirən yeganə körpüdür. Trend xəbər verir ki, bu barədə oktyabrın 19-da Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe İkebana sənət məktəbinin ustalarının işlərinin təqdimatında bildirib.

Səfirin sözlərinə görə, Yaponiya - 2 min ildən artıq tarixə malik ölkədir. Bu vaxt ərzində yapon xalqının mənəviyyatı olan Yaponiya mədəniyyəti yaranıb və inkişaf edib. Diplomat bildirib ki, Yaponiyanın Azərbaycandakı səfirliyi 6 illik fəaliyyət dövrü ərzində iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində fəal surətdə çalışıb və hazırki tədbir bu istiqamətdə atılan növbəti addımdır.

Ənənəvi yapon incəsənətinin dünyaşöhrətli ustaları Kiontaka Kobayaşi və Medoriy Yamada tamaşaçılara öz kompozisiyalarını təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti