...

Parisdə "Azərbaycan mədəniyyət və sivilizasiyaların kəsişməsində" həftəsi uğurla başa çatdı

Cəmiyyət Materials 20 Oktyabr 2006 16:03 (UTC +04:00)

Parisdə "Azərbaycan mədəniyyət və sivilizasiyaların kəsişməsində" həftəsi uğurla başa çatıb. Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova Trend ə eksklüziv olaraq məlumat verib.

Həftə "Mədəniyyətlər dialoqu: folklordan müasir ritmlərə qədər" adlı qala-konsertlə başa çatıb. Burada tanınmış yaradıcılıq kollektivləri və solistlər iştiak edib. Rəqs ansamblları, vokalçılar, instrumental qruplar səhnədə bir-birini əvəz edərək, tamaşaçılara musiqinin bütün ahənglərini bəxş ediblər.

Daimi nümayəndə bildirib ki, qala-konsertin açılışında çıxış edən YUNESKO-nun baş direktoru Azərbaycanın dünyanın mədəni irsinin qorunmasına verdiyi töhfəsini yüksək qiymətləndirib. O, respublikada təhsil sahəsində dəyişikliklər prosesindən, Böyük İpək Yolunun bərpası üzrə fəaliyyət, Ümumdünya muğam mərkəzinin yaradılmasından razı qaldığını bildirib.

Parisdə respublikanın humanitar sahədəki layihələrini YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva təqdim edib. O, uşaqların müdafiəsi, qaçqınların dəstəklənməsi, cəmiyyətdə dözümlülüyün tərbiyələndirilməsi üzrə proqramlar haqqında danışıb.

Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişaf məsələləri YUNESKO-nun Xoşməramlı Səfiri M.Əliyevanın təşkilatın baş direktoru ilə şəxsi görüşü zamanı müzakirə olunacaq.

Xatırladaq ki, həftə təşkilatın yubileyi münasibətilə keçirilirdi. 60 tematik həftənin keçirilməsi haqqında qərar qəbul olunmuş, 58-ci həftə isə Azərbaycana həsr olunmuşdu. Həftə oktyabrın 16-da YUNESKO-nun qərargahındakı sərgi salonlarından birində Azərbaycana həsr olunmuş foto-sərginin açılışı ilə başlayıb və qala-konsertlə başa çatıb.

Xəbər lenti

Xəbər lenti