...

Aberdində İngiltərə –Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyası keçirilir

Cəmiyyət Materials 20 Oktyabr 2006 17:56 (UTC +04:00)

Aberdində Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Londondakı Səfirliyinin iştirakı ilə İngiltərə -Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyası keçirilir. Bu barədə Trend ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Tədbirdə tanınmış Azərbaycan ifaçısı Emil Məmmədov çıxış edəcək. Sonra İngiltərə-Azərbaycan cəmiyyəti tərəfindən təşkil olunacaq xeyriyyə naharı və xeyriyyə hərracı Aberdin administrasiyasının başçısı, Böyük Britaniya, İsveç və Norveçin hökümət, diaspor icmaları və tələbə təşkilatlarının, Britaniya biznesi, maliyyə institutlarının iştirakı ilə keçiriləcək.

Tədbirdə İngiltərə -Azərbaycan cəmiyyətinin sədri Lord Freyzer, Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov iştirak edir.

Tədbirin sponsorları qismində həmçinin Eurasia Energy, Amec və Azərbaycan Beynəlxalq Bankı çıxış edib.

Əsası 1997-ci ildə qoyulmuş İngiltərə -Azərbaycan cəmiyyəti hər il xeyriyyə aksiyaları keçirir. Yalnız 2006-cı ildə yığılmış vəsaitlər təxminən 50 min ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti