Oktyabrın 26-da İnsan haqları üzrə Avropa məhkəməsi Azərbaycan vətəndaşlarının ərizələri üzrə qətnamələri dərc edəcək. Bu barədə Trend ə Məhkəmədən məlumat verilib.
Qətnamə 5 nəfər Azərbaycan Respublikası vətəndaşı - Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyevin müraciəti əsasında çıxarılacaq.
Ərizədə qeyd olunub ki, 2001-ci il dekabrın 20-də onlar qeyri-hökümət təşkilatı - Qarabağ müharibəsi əlilləri cəmiyyətini təsis ediblər. 2006-cı ilin aprel ayında Ədliyyə Nazirliyi təşkilatı hüquqi şəxs kimi qeydiyyata alıb.
Təşkilat üzvləri narazıdırlar ki, Cəmiyyətin vaxtında qeydiyyatdan keçməsinə imtina edilməsi onların birləşmə azadlığı hüquqlarını pozub.
Elə həmin gün Almaniya, Bolqarıstan, Çexiya, Rumıniya və Rusiya üzrə qərarlar çıxarılacaq.