...

Ahıska türkləri noyabrın 15-də "Sürgün günü"nü qeyd edəcəklər

Cəmiyyət Materials 31 Oktyabr 2006 15:09 (UTC +04:00)

Azərbaycanda məskunlaşan ahıska türkləri noyabrın 15-də "Sürgün günü"nü qeyd edəcəklər. Bu barədə Trend ə Ahıska Türklərinin Azərbaycan "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

İ.Burxanov qeyd edib ki, "Sürgün günü" 1944-cü ilin noyabrın 15-də onları doğma torpaqları olan Gürcüstandan qovulması ilə bağlı elan edilib: "Noyabrın 15-də biz doğma torpaqlarımızdan sürgün olunduğumuzun 62-ci ildönümünü qeyd edəcəyik. Həmin gün 92 min ahıska türk ilə yanaşı hərbi xidmətdə olan 40 min ahıska gənci Gürcüstandan Qazaxıstan, Özbəkistan və Qırğızıstana sürgün edilib".

İ.Burxanov onu da vurğulayıb ki, 1956-cı ildə ahıska türklərinə bəraət verildi ki, Gürcüstan istisna olmaqla SSRİ-nin bütün ölkələrində məskunlaşa bilərlər: "1958-ci ildə Özbəkistandan 18 minə qədər ahıska türkü Azərbaycanda məskunlaşdı". İ.Burxanov onu da qeyd edib ki, dünyanın 11 ölkəsində 350-400 min ahıska türkü məskunlaşıb. Sədr onu da bildirib ki, bu gün münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcək. Eyni zamanda yerlərdə bu tarix həmişə olduğu kimi qara gün kimi yad ediləcək.

Xəbər lenti

Xəbər lenti