...

Amnistiya haqqında layihə Prezident Aparatı yanında məhbus məsələləri üzrə işçi qrupunun müzakirəsinə çıxarılacaq

Cəmiyyət Materials 2 Noyabr 2006 12:58 (UTC +04:00)

2007-ci ilin əvvəlində Azərbaycanda amnistiya haqqında layihə Prezident Aparatı yanında yaradılmış məhbus məsələləri üzrə işçi qrupunun müzakirəsinə çıxarılacaq. Bu barədə Trend ə məlumat verən hüquq müdafiəçisi Çingiz Qəniyev bildirib ki, bu barədə İşçi Qrupunun noyabrın 2-də keçirilmiş növbəti toplantısında Qrupun sədri Əli Hüseynov söyləyib.

"Toplantıda Bakıda səfərdə olan Avropa Şurasının həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd da iştirak edirdi. Onlar əvvəlcə İşçi Qrupunun fəaliyyəti ilə bağlı məlumatlandırıldılar. Sonra amnistiya layihəsi ilə bağlı müzakirə aparıldı. Əli Hüseynov bildirdi ki, hazırda amnistiya layihəsi üzərnidə tamamlanma işləri gedir. 2007-ci ilin əvvəli layihə İşçi Qrupunun müzakirəsinə veriləcək. Bundan əlavə hüquq müdafiəçiləri narahatlıqlarını bildirdilər ki, son vaxtlar təqdim olunan siyahılar üzrə azadlığa çıxan məhbusların sayı azalıb" - deyə Ç.Qəniyev söyləyib.

Həmçinin toplantıda Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirələr aparılıb. İnsan haqlarının qorunması üçün qeyri-hökumət təşkilatları ilə hakimiyyət orqanlarının daha sıx əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclisin, Baş Prokurorluğun, DİN-in və digər dövlət qurumlarının nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti