...

Hacı Məmmədovun məhkəməsində Süd Məhsulları Zavodunun keçmiş direktoru zərərçəkən qismində dindirilib

Cəmiyyət Materials 2 Noyabr 2006 14:13 (UTC +04:00)

Noyabrın 2-də Hacı Məmmədovun məhkəməsində Süd Məhsulları Zavodunun keçmiş direktoru Zeynalabdin Babayev zərərçəkən qismində dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Zərərçəkən ifadəsində göstərib ki, 56 gün bandanın girovluğunda saxlanılıb. Onun azad olunması üçün banda üzvlərinə 450 min dollar verilib. Z.Babayev bildirib ki, banda üzvləri ilə danışıqda Baş prokurorluğun keçmiş əməkdaşı, banda tərəfindən oğurlanmış Murad Kazımovun atası İsmayıl Kazımov iştirak edib. Qeyd olunan məbləği də adam oğrularına o çatdırıb.

Zərərçəkən həmçinin bildirib ki, girovluqdan buraxılandan sonra Azərbaycandan Amerikaya köçüb və hazırda orada yaşayır.

Sonra məhkəmə vəkil Adil İsmayılovun noyabrın 1-də verdiyi vəsatətə münasibət bildirib. Qeyd edək ki, vəkil məhkəmədən dövlət ittihamçıları Abdulla Yusifovla Bəşir Cəfərlinin zərərçəkənlərə istiqamətləndirici sual vermələrini bildirərək onların iclasdan kənarlaşdırılmalarını xahiş edib. Məhkəmə isə vəsatətə münasibətində göstərib ki, hakim heyəti prokurorların zərərçəkənlərə istiqamətləndirici suallarla zərərçəkənlərə müraciət etmələrini müşahidə etməyib. Bu səbəbdən də vəsatət təmin oulnmayıb.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti