Ümumrusiya Azərbaycanlıları Konqesi Rusiyada qeyri-rus millətlərinə qarşı xoşagəlməz münsibətlərdən azərbaycanlıların əziyyət çəkməməsi üçün bəzi tədbirlər həyata keçirilməsini müzakirə edir. Bu barədə Trend ə Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqesinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.
O bildirib ki, Moskva bazarlarında, kafe-restoranlarda, həmçinin digər obyektlərdə azərbaycanlılara qarşı hər hansı təzyiqlərin, onların sıxışdırılmasının qarşısını nisbətən də olsa almaq üçün, azərbaycanlı iş adamları, ticarətçilərlə bəzi məsləhətləşmələr aparılacaq. Konqresin Moskva şəhər təşkilatı təklif edir ki, azərbaycanlıların çalışdıqları yerlərdə hər hansı bir gün yerli əhali üçün qiymətlərdə güzəştlər edilsin. "Biz təklif edirik ki, məsələn, Moskva bazarlarında Azərbaycan-Rusiya günləri elan edilə bilər. Həmin bu günlər, yaxud hər ayın hər hansı bir bazar günü qiymətlər xeyli aşağı olsun, rus alıcıları üçün güzəştlər tətbiq edilsin. Bu kampaniyanın təbliğatı da aparıla bilər. Biz hesab edirik ki, ruslarla, xüsusilə də qatı millətçilərlə qarşıdurmaya getməyin mənası yoxdur. Ona görə də ksenofobiyaya, ifrat millətçiliyə qarşı mədəni üsullarla mübarizə aparmq lazımdır" - deyə İ.Hacıyev bildirib.
ÜAK təmsilçisi bu günlərdə Moskva bazarlarında çalışan azərbaycanlılara qarşı kütləvi şəkildə zorakılıqlar, hücumlar olması, onların milis bölmələrinə aparılmaları barədə yayılmış məlumatları təkzib edib. İ.Hacıyevin sözlərinə görə, Konqresə belə faktlarla bağlı məlumat daxil olmayıb.