...

Türkiyənin təhsil naziri Azərbaycanda türk litseylərinin fəaliyyəti ilə tanış olub

Cəmiyyət Materials 2 Noyabr 2006 19:48 (UTC +04:00)

Noyabrın 2-də Türkiyənin təhsil naziri Hüseyn Çelik Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən türk litseylərinin fəaliyyəti ilə tanış olub. Bu barədə Trend xəbər verir.

Bu gün Türkiyə naziri azərbaycanlı həmkarı ilə birgə Bakı Türk Litseyinin yeni binasının təməlqoyma mərasimində, Qafqaz universitetinin yeni binasının açılışında iştirak edib, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türk tələbələrlə görüşüb.

Nazirlər 12 litseyin beynəlxalq olimpiadalarda fərqlənmiş şagirdlərinə xatirə hədiyyələri təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti