...

"İnformasiya əldə etmək haqqında qanun"la bağlı ölkə prezidentinə müraciət hazırlanıb

Cəmiyyət Materials 4 Noyabr 2006 14:27 (UTC +04:00)

Media Hüququ İnstitutu "İnformasiya əldə etmək haqqında qanun"un daha effektiv işləməsinin təmin edilməsi ücün ölkə prezidentinə müraciət hazırlayıb. Bu barədə Trend ə Media Hüququ İnstitutundan məlumat verilib.

Bu qurum hesab edir ki, müraciət dövlət qurumlarının informasiya əldə edilməsi məsələsinə daha həssas yanaşmasına yardımçı ola, informasiya əldə olunması sahəsindəki problemlərin aradan qaldırılmasına köməklik göstərə bilər.

Müraciətdə bildirilir ki, qanun yaradıcılığı sahəsində həyta keçirilən mühüm irəliləyişlərlə yanaşı, "İnformasiya əldə etmək haqqında" Qanunun bir sıra vacib müddəaları hələ də işə salınmayıb. Qanunun 57-ci maddəsinə görə informasiya Məsələləri üzrə Müvəkkil təyin edilməsi, həyata keçirilməyib. Qanunun 10.2-ci maddəsinə əsasın bilgi sahibləri olan dövlət orqanları, bələdiyyə qurumları, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər və s. informasiya xidmətləri göstərən struktur bölmələrini yaratmalıdırlar. Lakin hökumət qurumlarının əksəriyyəti belə strukturları hələ də yaratmayəb.

Həmçinin bütün dövlət orqanları internet informasiya ehtiyatları yaratmalı və informasiya növləri üzrə onları saytda yerləşdirməlidirlər. Sənəddə qeyd olunur ki, "İnformasiya əldə olunması haqqında" Qanunun tələbləri barədə məlumatsızlıq qanunun effektiv tətbiqini əngəlləyən problemlərdən biridir: "Biz bu məsələlərlə bağlı tezliklə gərəkli addımlar atılacağına ümid edirik və bu işdə hökumətlə əməkdaşlıq etməyə, gərəkli olan dəstəyi verməyə hazırıq"-deyə müraciətdə vurğulanır.

Qeyd edək ki, müraciəti tanınmış hüquqşünaslar və ictimai xadimlər Zərdüşt Əlizadə, İntiqam Əliyev, Rəşid Hacılı, Qubad İbadoğlu, Arzu Abdullayeva, Ənnağı Hacıbəyli və digərləri hazırlayıblar.

Xəbər lenti

Xəbər lenti