...

Hacı Məmmədovun məhkəməsi şahid dindirləmələri ilə davam edib

Cəmiyyət Materials 6 Noyabr 2006 15:07 (UTC +04:00)

Noyabrın 6-da Hacı Məmmədovun məhkəməsi şahid dindirmələri ilə davam edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmədə Milli Elmlər Akademiyasının baş elmi işçisi, "Bakı - İnterneyşl" şirkətinin baş icraçı direktoru Qəzənfər Paşayev, "Klauf" şirkətinin baş icraçı direktoru Samir Quliyev, banda tərəfindən oğurlanaraq 39 gün giroqluqda saxlanılmış Ülvan Bağırovun qardaşı Məhərrəm Bağırov ifadə veriblər.

Qəzənfər Paşayev ifadəsində göstərib ki, qardaşı oğlu Şahin Paşayevin silahlı basqına məruz qalması barədə məlumat alan kimi dərhal hadisə yerinə gəlib. Həmin vaxt qardaşı oğlunun ayağından yaralandığının şahidi olub. Q.Paşayevin sözlərinə görə, maşının yük yerində 200 min ABŞ dolları olsa da basqınçılar həmin mələği apara bilməyiblər. Səbəbsə cinayətkarların yük yerinin qapısını aça bilməmələri olub.

Şahid Məhərrəm Bağırov ifadəsində qeyd edib ki, qardaşı oğurlanandan sonra əvvəlcə adam oğruları onunla birbaşa danışığa giriblər. Sonra isə qardaşı onunla telefonla danışıb. Hacı Məmmədov şahidin tifadəsini təsdiqləyib və qeyd edib ki, o özü oğurlanan şəxsə şərait yaradıb ki, ailə üzvləri ilə telefon vasitəsiylə danışsın. "Mən bunu ona görə etmişdim ki, ailə üzvləri onun sağ olmasına inansınlar və pulu vaxtında çatdırsınlar" - deyə H.Məmmədov bildirib.

Şahid Məhərrəm Bağırov bildirib ki, o, tələb olunan məbləği adam oğrularına Mərkəzi Univermağın yaxınlığında çatdırıb. Təqribən 12 saat sonra isə qardaşı azadlığa buraxılıb.

Məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti