...

Azərbaycanın mədəniyyət və turizm naziri Səudiyyə Ərəbistanına yola düşüb

Cəmiyyət Materials 6 Noyabr 2006 15:28 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının turizm üzrə Ali komissiyası, İslam Konfransı Təşkilatının Tarix və İslamın tədqiqi Mərkəzi CICA tərəfindən Ər-Riyadda təşkil edilmiş turizm və əl işləri üzrə beynəlxalq sərgi-konfransda iştirak edəcək.

Azərbaycanlı ustaların əl işləri sərginin xüsusi stendində təqdim olunacaq. Ə.Qarayev konfransda bu xalq sənətinin vəziyyəti haqqında məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti