...

Gələn ilin yanvarında Belçikada "Azərbaycan günləri" keçiriləcək

Cəmiyyət Materials 8 Noyabr 2006 14:11 (UTC +04:00)

Gələn ilin yanvarında Belçikada Azərbaycan günləri keçiriləcək. Bu barədə Trend ə "Belçika-Azərbaycan Evi" cəmiyyətinin sədri Bülənt Gürcam məlumat verib.

O bildirib ki, paytaxt Brüsseldə Azərbaycanla bağlı üçgünlük tədbir keçiriləcək. Şəhərdə böyük bir çadır qurulacaq və orada üç gün ərzində Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, iqtisadiyyatına aid sərgilər təşkil olunacaq. "Azərbaycan günləri" tədbirinə Belçikadakı müxtəlif diplomatik nümayəndəliklərin, beynəlxalq birliklərin təmsilçiləri dəvət olunacaq. Qonaqlar Azərbaycan musiqisini dinləyəcək, milli kulinariyası, digər mədəniyyət nümunələri ilə tanış olacaq, həmçinin tarixi, ərazisi, bugünkü inkişafı barədə məlumat alacaqlar.

Üçgünlük açıq tədbirin yanvar ayının sonunda, həftənin cümə, şənbə və bazar günləri keçirilməsi planlaşdırılır. B.Gürcamın sözlərinə görə, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu tədbirə tam dəstək verib.

Xəbər lenti

Xəbər lenti