Şahin Diniyevin ölkənin futbol üzrə yığmasının baş məşqçisi vəzifəsindəki taleyi ilin sonuna kimi həll olunacaq.
AFFA-nın baş katibi Fuad Əsədov Trend -ə xəbər verib ki, rəhbərin taleyini İcraiyyə Komitəsi və bilavasitə Assosiasiyanın prezidenti həll edəcək. "Bu məsələləri həll etmək mənim səlahiyyətimdə deyil, mən yalnız azarkeş kimi fikrimi bildirə bilərəm. Şəxsən Ş.Diniyevin işi mənim xoşuma gəlir və məncə, komandada fəaliyyətini davam etdirməlidir". Bunu F.Əsədov vurğulayıb. O həmçinin qeyd edib ki, bütün bunlara qəti olaraq yaxın gələcəkdə son qoyulacaq.
Xatırladaq ki, Avropa-2008 çempionatı üçün seçim turlarının ilk görüşlərindən sonra yığmanın aktivində yalnız bir xal var ki, bunu ev sahibliyi etdiyi Qazaxıstanla oyunda -1:1 qazanıb.