...

"Yaqupov və So" promouter şirkəti Bakıda peşəkar boks gecəsinin təşkili üzrə işlərə başlayıb

Cəmiyyət Materials 10 Noyabr 2006 16:33 (UTC +04:00)

Aleksandr Yaqupovun rəhbərlik etdiyi "Yaqupov və So" promouter şirkəti Bakıda peşəkar boks gecəsinin təşkili üzrə işlərə başlayıb. Proqramın əsasını Əli İsmayılovla braziliyalı boksçu Luiziano Torres arasında WBA (World Boxing Association) kəməri uğrunda görüş təşkil edəcək.

Əli İsmayılov Trend ə bəyan edib ki, A.Yaqupov bu yaxınlarda paytaxta təkrar səfəri zamanı titullu görüşün keçirilməsi haqqında müqavilə bağlayıb və bu istiqamətdə hazırlıq başlanıb. "Hazırda tədbir iştirakçılarının heyəti müəyyən olunur, reklam çarxları və bir çox təşkilati məqamlar üzərində iş gedir", - deyə o vurğulayıb.

Qeyd etmək lazımdır ki, dekabrın 16-na planlaşdırılmış çempion kəməri uğrunda döyüş İdman Sarayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti