...

Tatar Dram Teatrı Bakıda qastroldadır

Cəmiyyət Materials 16 Noyabr 2006 13:38 (UTC +04:00)

Azərbaycanda başa çatan Rusiya ili çərçivəsində Kamal adına Tatar Akademik Teatrı Bakıda qastroldadır. Noyabrın 15-də teatrın yaradıcı kollektivi Rus Dram Teatrının səhnəsində "Lal ququ quşu" tamaşasını təqdim edib. Bu gün onlar çıxışlarını Opera və Balet Teatrında davam etdirəcək.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, noyabrın 16-da tatar aktyorları "Gözlərimin nuru" adlı tamaşa ilə çıxış edəcək. Sabah isə elə həmin teatrda onların digər işi - "Aldərmiş kəndindən olan qoca" tamaşası ilə tanış olmaq olar.

Xəbər lenti

Xəbər lenti