Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova noyabrın 23-24-də Berlində keçiriləcək "BMT-nin Saziş Qurumlarının işində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda "dəyirmi masa"ya dəvət olunub. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.
"Dəyirmi masa" BMT-nin Ali komissarlığı, Danimarka və Almaniya İnsan hüquqları İnstitutları tərəfindən təşkil olunub. Bura insan haqları üzrə milli institut başçıları və bu problemlə məşğul olun qeyri-hökümət təşkilatlarının nümayəndələri dəvət olunub.
Azərbaycan Ombudsmanı tədbirdə çıxış edəcək, Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində görülən işlər, insan haqları üzrə milli institutun fəaliyyəti haqqında məlumat verəcək.