...

İslam dövlətləri təhsil nazirlərinin növbəti görüşü 2008-ci ildə Bakıda keçiriləcək

Cəmiyyət Materials 24 Noyabr 2006 13:26 (UTC +04:00)

İSESCO - İslam ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatına üzv olan islam dövlətləri təhsil nazirlərinin növbəti görüşü 2008-ci ildə Bakıda keçiriləcək. Bu qərar islam ölkələri təhsil nazirlərinin bu günlərdə Küveytdə keçirilmiş 3-cü konfransında qəbul olunub. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Konfransda belə təşəbbüslə ölkənin təhsil naziri Misir Mərdanov çıxış edib. Onun təklifi konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

50-dən çox islam ölkəsi ISESCO-nun üzvüdür.

Azərbaycan 1991-ci ildən bu beynəlxalq qurumun üzvüdür. 1993-cü ildən isə İcraiyyə Şurasında təmsil olunur.

Xəbər lenti

Xəbər lenti