...

Faiq Qurbanov: Azərbaycanın mövcud qanunvericiliyi qadınlara qarşı məişət zorakılığına görə cəza nəzərdə tutur

Cəmiyyət Materials 27 Noyabr 2006 14:16 (UTC +04:00)

Azərbaycanın mövcud qanunvericiliyi qadınlara qarşı məişət zorakılığına görə cəza nəzərdə tutur. Trend in xəbər verdiyi kimi, bu barədə Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Qurbanov ATƏT-in Bakı ofisi və ölkənin yerli QHT-nin yeni qanunun qəbul edilməsi ilə bağlı təşəbbüsünü şərh edərkən bəyan edib.

F.Qurbanov hesab edir ki, Azərbaycanda qadınların ictimai həyatda rolu artsa da, dünayanın bütün ölkələrində olduğu kimi, burada da məişət zorakılığı aktual məsələ olaraq qalır. Ancaq Azərbaycanın Cinayət Məcəlləsi buna görə cəza nəzərdə tutur. Məişət zorakılığına görə konkret cəza olmasa da, qadınların hüquqlarının pozulması ilə bağlı bir sıra maddələr mövcuddur.

Xəbər lenti

Xəbər lenti