...

Azərbaycandakı QİÇS xəstələrinin 30 faizi bu xəstəliyə ölkədən kənarda, əsasən isə Rusiyada yoluxub

Cəmiyyət Materials 29 Noyabr 2006 14:00 (UTC +04:00)

Azərbaycanda QİÇS xəstələrinin 30 faizi bu xəstəliyə ölkədən kənarda, əsasən isə Rusiyada yoluxub. Trend xəbər verir ki, bu barədə noyabrın 29-da "Regionlarda HİV/AİDS-lə mübarizədə yerli əhalinin təhlükəsiz davranış vərdişləri ilə bağlı maarifləndirilməsinə ictimai dəstək" layihəsi ilə əlaqədar keçirilən mətbuat konfransında QİÇS-lə mübarizə nümayəndəsi Dilşad Mehdiyeva məlumat verib.

D.Mehdiyevanın sözlərinə görə, hazırda Azərbaycanda 1007 nəfər QİÇS daşıyıcısı var, onlardan 54 nəfəri xarici vətəndaşdır. Həmin xəstələrin 30 faizi bu xəstəliyə ölkədən kənarda yoluxub və həmvətənlərimizin QİÇS-ə əsasən, Rusiyada yoluxması halları daha nəzərəçarpacaq qədərdir.

Tədbirdə çıxış edən "Hüquqi İnkişaf və Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə bildirib ki, HİV/AİDS-in yayılması Azərbaycanın strateji əhəmiyyət kəsb edən problemi olsa da, geniş əhali kütləsi, ələlxüsus, region əhalisi arasında problemə bəsit və ötəri yanaşılır. Bu səbəbdən də "Regionlarda HİV/AİDS-lə mübarizədə yerli əhalinin təhlükəsiz davranış vərdişləri ilə bağlı maarifləndirməsinə ictimai dəstək" Proqramı çərçivəsində maarifləndirmə kampaniyasına start verilib.

"Artıq təşkilat noyabrın 25-dən Zaqatala, Qax və Balakən rayonlarında genişmiqyaslı təbliğat kampaniyasını həyata keçirməyə başlayıb. Bu kampaniya yanvarın 25-dək davam edəcək. Layihə çərçivəsində əhali arasında maarifləndirici ədəbiyyat - kitabçalar, broşüralar paylanacaq, əhalinin sıx yerləşdiyi yerlərdə plakatlar asılacaq.

Xəbər lenti

Xəbər lenti