...

Ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək

Cəmiyyət Materials 4 Dekabr 2006 17:11 (UTC +04:00)

Dekabrın 9-da Ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən məlumat verilib.

İmtahan Bakı Dövlət Universitetinin 1 saylı tədris binasında keçiriləcək. İmtahanı Ədliyyə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən beynəlxalq müşahidəçilər izləyəcəklər.

Qeyd edək ki, işə qəbul olunmaq üçün hüquq təhsili olan 700-dən artıq şəxs sənəd təqdim edib.

Xəbər lenti

Xəbər lenti