...

Hücumçu Samir Əliyev "İnter"lə müqaviləni uzatmayacaq

Cəmiyyət Materials 7 Dekabr 2006 18:04 (UTC +04:00)

"İnter" futbol klubunun hücumçusu Samir Əliyev komandası ilə ilin sonunadək olan müqaviləni uzatmayacaq. Trend in verdiyi xəbərə görə, istedadlı hücumçu öz karyerasını başqa kollektivdə davam etdirmək niyyətindədir, belə ki, o, ölkə çempionu medalı uğrunda mübarizə aparan "bankir"lərin tərkibinə gec-gec düşür. Bununla belə, bu mürəkkəb sitiuasiyada Samir öz aktivinə artıq altı top yazaraq, ən yaxşı qolvuranlardan biri kimi birinciliyə düşür.

Hazırda futbolçu Ukraynadan aldığı təklifi nəzərdən keçirir. Qeyd edk ki, o, orada bir zaman "Volın" komandasında çıxış edib. Hərçənd güman çoxdur ki, Samir öz karyerasını vətəndə davam etdirəcək, belə ki, bir çox klublar onunla maraqlanır. Öz gələcək yeri haqda yekun qərarı futbolçu gələn ilin əvvəllərində verəcək.

Xəbər lenti

Xəbər lenti