...

GAMOH-un Avropa Təşkilatı müxtəlif ölkələrdəki İran səfirliyi və BMT qərargahı qarşısında mitinqlər keçirməyə qərar verib

Cəmiyyət Materials 9 Dekabr 2006 12:51 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Avropa Təşkilatının İsveçin Höteborq şəhərində keçirilən üçüncü qurultayında müxtəlif ölkələrdə İran səfirliyi və BMT qərargahı qarşısında mitinqlər keçirməyə qərar verilib. Bu barədə Trend ə GAMOH-dan məlumat verilib.

Qurultayın birinci günü "Oyaniş TV"nin studiyasında canlı musiqilərlə şənlık mərasimi keçirilib. Güney Azərbaycan Milli hökümətinin (1945) himni ilə başlayan qurultayda GAMOH AT-nin Divanına (İdarə Heyətinə) seçkilər olub. Divana Pərvanə Urmulu və Mahmud Bilgin İsveç- Höteborqdan, Aslan Ərəbli İsveç - Linşopinqdən, Araz Xiyavlı Norveçdən, Nasir Bağıroğlu Almaniyadan üzv seçiliblər. GAMOH-un İdarə Heyətinin sədri Mahmud Bilgin seçilib, onun müavinləri və təşkilatın digər strukturlarına da rəhbərlər şəxslər təyin olunub.

Qurultayda GAMOH-un lideri Mahmudəli Çöhrəqanlının və təşkilatın ayrı-ayrı ölkələrdəki bölmələrindən qurultaya təbrik məktubları oxunub. Həmçinin Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtınin, Azərbaycan Respublikasının və Güney Azərbaycanın siyasi partiyalarının, ictimai qurumlarının təbrik məktubları səsləndirib.

GAMOH AT İdarə Heyetinin illik hesabatı dinlənilib. GAMOH AT-nin sədri Mahmud Bilgin qurumun fəaliyyəti, gördüyü işlər, keçirdiyi tədbirlər, görüşlər barədə məlumat verib. Hesabat məruzəsindən sonra qonaqlar çıxış ediblər. GAMOH-un Nizamnaməsi, fəaliyyəti, Güney Azərbaycanın bayrağı, güneyli soydaşlarımızın problemləri, Azərbaycan qadınları haqqında müzakirələr aparılıb.

GAMOH-un liderinin daha aktiv fəaliyyət göstərməsi, Azərbaycan düşmənlərinə qarşı yazılar, məqalələr, xəbərlər və cavablamalarla internet, mail qrupları vasitəsilə daha fəal olmağa, Güneydə insan haqları və həbslərlə bağlı Azərbaycan insan haqları təşkilatları ilə yaxın əməkdaşlıq edilməsi, xaricdə GAMOH-un siyasi məhbusların müdafiə komitəsinin yaradılması, bunun üçün GAMOH AT-nin İdarə Heyətinə səlahiyyət verilməsi qərara alınıb. Həmçinin "Oyanış TI"yə dəstək verilməsinə, Güneydəki Milli Hərəkatla yanaşı mitinqlərin çoxaldılmasına, bütün tarixi-milli günlərimizdə müxtəlif ölkələrdə İran səfirliyi və BMT qərargahı önündə mitinglərin keçirilməsinə, İrandakı digər qeyri-fars millətlərin təşkilatları ilə iş birliyinə, xaricdəki imkanlı azərbaycanlıların milli hərəkata cəlb olunmalarına şərait yaradılmasına qərar verilib. Qurultayın sonunda bir neçə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti