...

Teleradio Şurasının sədri: "Rusiyanın, Türkiyənin Azərbaycanda yayımlanan telekanallarına indiyədək çox böyük güzəştlər etmişik"

Cəmiyyət Materials 21 Dekabr 2006 19:12 (UTC +04:00)

"Biz indiyədək Rusiyanın, Türkiyənin Azərbaycanda yayımlanan telekanallarına çox böyük güzəştlər etmişik. 2007-ci ilin yanvarından başlayaraq xarici televiziya və radiolarla bağlı ciddi addımlar atılacaq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Şura sədri qeyd edib ki, dünya təcrübəsinə əsasən, hər bir ölkənin ərazisində xarici yayımlar peyk vasitəsilə aparılmalıdır. Bu, həm də hər ölkənin dövlət siyasətidir. Buna görə də Azərbaycan artıq öz ərazisində xarici yayımları beynəlxalq hüquqa və strandartlara uyğunlaşdıracaq: "Biz xarici yayımçılarla bağlı sərt tədbirlər görəcəyik. Ola bilər ki, buna görə bizim ünvanımıza ictimaiyyətdən sərt təpkilər gələcək. Amma bunu artıq başa düşmək lazımdır ki, bütün xarici dövlətlərin keçdiyi bu yolu biz hələ indi keçirik. Amma xarici kanalların yayımı ilə bağlı dövlətlərarası, ikitərəfli müqavilələr bağlanarsa, buna uyğun onların yayımına şərait yaradılacaq. Xarici kanalların rəhbərləri də bizim şərtlərimizlə razılaşırlar"-deyə N.Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti